Hindistanlılar İrəvanda bir-birini qarət edir

Hindistanlılar İrəvanda bir-birini qarət edir
05 Yan 2025 18:15

Yanvarın 1-də İrəvanda 3 hindistanlı digər hindistanlının evinə girərək, onu döyüb və 200 min dram (təxminən 500 dollar) pulunu götürərək, gedib.


News365.az xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.


Bildirilib ki, döyülən Akaş Kumarın şikayəti əsasında Bliharcut Sinqh, Husandip Rackumar və Trancit Sinqh həbs edilib.


Qeyd edək ki, bu, hindistanlıların Ermənistanda bir-birinə qarşı soyğunçuluq etdiyi ilk fakt deyil.


Youtube kanalımız