Hikmət Hacıyev: "Azərbaycan və Serbiya regionlararası əməkdaşlıqda da mühüm rol oynayır" - FOTO

Hikmət Hacıyev: "Azərbaycan və Serbiya regionlararası əməkdaşlıqda da mühüm rol oynayır" - FOTO
13:42

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Serbiya münasibətləri ilə bağlı paylaşım edib.

News365.az-ın xəbərinə görə, Hikmət Hacıyev bununla bağlı öz "X" hesabında fikirlərini bölüşüb.

"Azərbaycan və Serbiya strateji tərəfdaşlar və inkişaf etməkdə olan orta güclər kimi regionlararası əməkdaşlıqda da mühüm rol oynayır - Azərbaycan müvafiq olaraq Cənubi Qafqazda və Xəzər regionunda, Serbiya isə Balkan yarımadasında yerləşir.

Zəngəzur dəhlizi/TRIPP təşəbbüsü daha geniş Xəzər regionu, Mərkəzi Asiya və Balkan ölkələri arasında əlaqələrin gücləndirilməsi üçün əlverişli imkanlar yaradır", - deyə o bildirib.


Sizin reklam burada
Sizin reklam burada