“Hesabda olan vəsaiti düzgün bölüşdürmədikdə gecikmə yaradılır“- Eyyub Kərimli

“Hesabda olan vəsaiti düzgün bölüşdürmədikdə gecikmə yaradılır“-  Eyyub Kərimli
25 Apr 2024 12:49

 İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli feysbuk səhifəsində paylaşım edib.

News365.az paylaşımı təqdim edir:

"İkinci rübün vergi və DSMF hesabatını təqdim etdik. Baxmayaraq ki, daima vergi vəDSMF ödənişlərini vaxtında edirik hər dəfə də 10-15 manat arası bəzən isə daha çox penya hesablanır. Maraqlı budur ki, ödənişlər DSMF hesabına gecikməklə oturur baxmayaraq ki, vətəndaş vəsaiti vaxtında ödəyir. Digər məsələ isə hesabda olan vəsaiti düzgün bölüşdürməyərək gecikmə yaradılır. Nəticədə isə daima penya(cərimə faizi) hesablanır. Təsəvvür edin ölkədə 1.2 mln yaxın muzdla çalışan və bu qədər də sahibkar var hər kəsə bu qədər penya hesablananda insanlardan əlavə olaraq nə qədər vəsait tutulur. Qaynar xəttdə və ya yazılı müraciətə də çox mürəkkəb və ya mücərrəd cavab verirlər. İndi sistemdə vəsaitin oturması ilə bağlı problem varsa sahibkardan artıq vəsait tutulmalıdır?" - deyə paylaşım edib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər