Hərbi ekspert: Təhlükəsizlik hələ məcburi əsgərlik tələb edir

Hərbi ekspert: Təhlükəsizlik hələ məcburi əsgərlik tələb edir
16:16

Dünyada bəzi ölkələrdə hərbi xidmət könüllülük prinsipi ilə həyata keçirilir, amma müharibə görmüş dövlətlər, o cümlədən Azərbaycanda, məcburi xidmət hələ də saxlanılır.

Hərbi ekspert Üzeyir Cəfərov News365.az-a açıqlamasında bildirib ki, bu model ölkənin müdafiə və təhlükəsizliyinin təminatı üçün zəruridir.

Ekspert əlavə edib ki, gələcəkdə Türkiyə modelinə bənzər könüllü sistemə keçid mümkündür, lakin bunun üçün təhlükəsizlik risklərinin minimuma endirilməsi və peşəkar ordunun tam formalaşdırılması vacibdir.

Üzeyir Cəfərov onu da vurğulayıb ki, məcburi hərbi xidmət həm də büdcəyə xeyli yük gətirir və inkişaf etmiş ölkələr bu sahədə problemləri həll etdikdən sonra mərhələli şəkildə sistemi ləğv edirlər.


Sizin reklam burada
Sizin reklam burada