Hərbçilərimiz "NATO-Georgia 2025" təlimində...

Hərbçilərimiz "NATO-Georgia 2025" təlimində...
29 Apr 2025 19:45

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən "NATO-Georgia 2025" kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirak edir.


Bu barədə news365.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, təlimin keçirilməsində əsas diqqət çoxmillətli bölmələrin böhranlara cavab əməliyyatının, eləcə də quruda və kiber məkanlarda kiçikmiqyaslı birgə əməliyyatların planlaşdırılması və təşkili üzrə hazırlığının artırılmasına yönəldilib.


Qeyd edək ki, NATO-ya üzv və tərəfdaş olan 17 ölkənin iştirakı ilə keçirilən beynəlxalq taktiki təlim mayın 8-dək davam edəcək.


Sizin reklam burada
Sizin reklam burada