HƏMAS razılaşmanın şərtlərini açıqlayıb

HƏMAS razılaşmanın şərtlərini açıqlayıb
16 Apr 2024 11:56

HƏMAS Hərəkatının Siyasi Büro üzvü İzzət ər-Rişk verdiyi yazılı açıqlamasında atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı Həmas-ın mövqeyi ilə bağlı qiymətləndirmələr edib.

News365.az-ın xarici KIV-ə istinadən məlumatına görə, İzzət ər-Rişk, "İşğalın Qəzzadan tamamilə çıxarılması və köçkünlərin Qəzza zolağındakı ərazilərinə sərbəst şəkildə qayıtması məsələsində heç bir kompromisdin olmadığını açıqlayıb.

Qəzzada daimi atəşkəsin vacibliyini vurğulayan Rişk sözlərini belə davam etdirib:

"Xalqımızın müdafiəsi qan və qırğınların dayanacağına yeganə təminatdır. İşğalçılar müvəqqəti atəşkəs razılaşması istəyirlər ki, əsirlərini Qəzzədən çıxarsınlar, sonra isə Qəzza zolağında soyqırımı və müharibəni bərpa etsinlər".

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər