HƏMAS-ın Qəzza rəhbəri öldürüldü

HƏMAS-ın Qəzza rəhbəri öldürüldü
28 May 2025 18:20

İsrail Baş naziri Benyamin Netanyahu Həmasın Qəzza üzrə rəhbəri olan Muhammed Sinvarın öldürüldüyünü açıqlayıb.

News365.az bu barədə xarici mediaya isyinadla xəbər verir.

Netanyahu Sinvarın 13 may tarixində həyata keçirilən hava zərbəsi nəticəsində öldüyünü bildirib 

Sinvar Həmasın əvvəlki lideri Yahya Sinvarın kiçik qardaşıdır və onun ölümündən sonra təşkilatın rəhbərliyini üzərinə götürmüşdü.

İsrail Müdafiə Nazirliyi, Sinvarın cənazəsinin Xan Yunis şəhərindəki bir tuneldə tapıldığını və zərbənin Avropa Xəstəxanasının altındakı Həmas komanda mərkəzinə endirildiyini açıqlayıb. Zərbə zamanı qaçış yolları və infrastruktur məhv edilib.


Sizin reklam burada
Sizin reklam burada