İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda radikal HƏMAS hərəkatının hərbi kəşfiyyatının rəhbəri Üsamə Tabaşı öldürüb.
News365.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Tabaş HƏMAS-ın yüksək rütbəli terrorçusu və terror təşkilatı üçün mühüm əməliyyat bilikləri mənbəyi olub. HƏMAS-da müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Xan Yunis briqadasında batalyon komandiri olub”, - mətbuat xidməti əlavə edib.