İrkutsk Regional Uşaq Klinik Xəstəxanasının həkimləri balaca maqnit kürəciklərini udan səkkiz yaşlı xəstəni xilas edə biliblər. Bu barədə xəstəxananın baş həkimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yuri Kozlov “VKontakte” səhifəsində məlumat yayıb.
Həkim qeyd edib ki, uşaq kəskin qarın ağrısı şikayəti ilə tibb müəssisəsinə yerləşdirilib. Müayinə zamanı mütəxəssislər daxili orqanların müxtəlif seqmentlərində bir-birinə bağlı olan 16 maqnit kürəciyi aşkar ediblər.
“Çox nadir birləşmə idi. Bəzi maqnitlər mədədə, digərləri isə nazik bağırsağın başlanğıc hissəsində idi. Bu, fistulanın əmələ gəlməsinə gətirib çıxardı",- Kozlov deyib.
Minimal invaziv cərrahiyyə texnologiyalarından istifadə edərək həkimlər yad cisimləri uşağın qaın boşluğundan çıxara biiblər.
Tural