Hakim məktəbli qızı öldürən polislərə bəraət verdi

Hakim məktəbli qızı öldürən polislərə bəraət verdi
10 İyn 2025 11:10

Rusiyada məhkəmə illər sonra qatil polislərə bəraət verib. Belə ki, yerli medianın yaydığı məlumata görə, Novosibirsk vilayət məhkəməsi 2010-cu ildə məktəbli qızın qətli ilə bağlı iş üzrə keçmiş Ust-Tarkski rayon polis zabitləri Yevgeni Bartolomey və Maksim Kudryavtsevə bəraət verib.

"Cinayət hadisələrinin dəqiq müəyyən edilməməsinə görə bəraət hökmü çıxarılsın. Reabilitasiya hüququ tanınsın", - məhkəmənin hökmündə deyilir.


Söhbət 15 il əvvəl baş vermiş qalmaqallı hadisədən gedir.  2010-cu ildə 15 yaşlı Nataşa Matyuxina evə qayıdarkən dünyasını dəyişib. İstintaq belə hesab edirdi ki, məktəbli qızı sərxoş halda olan polislər maşınla vurublar. Onlar qızın ölümündən dərhal sonra işdən uzaqlaşıblar.

"Baza" Telegram kanalının yaydığı məlumata görə, bu işdə əsas şübhəlilər Bartolomey və Kudryavtsev familyalı şəxslər olublar. İddialara görə, onlar baş verənləri əvvəlcə polis mayoru Aleksandr Kuntsa danışıblar. Onların üçünün də qızın meyiti gizlətdikləri iddia edilib. Polislər 2023-cü ilin avqustunda həbs edilmişdilər.

Tural


Sizin reklam burada
Sizin reklam burada