Türkiyəli məşhur müğənni Hadisə istirahət üçün üz tutduğu sahil bölgəsindən paylaşdığı fotolarla yenidən diqqət mərkəzinə düşüb.
Sənətçi sosial media hesabında çimərlik geyimində bir neçə fotosunu izləyiciləri ilə bölüşüb.
Fotolardan birində Hadisənin üst geyimsiz görüntüsü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun bu cəsur paylaşımı bəzilərindən tərif, bəzilərindən isə tənqid alıb.
Hadisə son dövrlər həm səhnə şouları, həm də sosial mediada sərbəst stili ilə gündəmdən düşmür. O, tez-tez moda və özünəinamla bağlı mesajlar verir, qadınların azadlığı və öz bədənlərinə sahib çıxmaları mövzusunda açıq fikirləri ilə tanınır.
Müğənninin paylaşımı qısa müddətdə on minlərlə bəyənmə və yüzlərlə şərh toplayıb. Bəzi izləyicilər onun görünüşünü "mükəmməl" və "qadına ilham verici" adlandırıb, digərləri isə bu cür açıq-saçıq paylaşımların "sənətçi imicinə uyğun olmadığını" qeyd ediblər.
Hadisə isə paylaşımına heç bir izah yazmadan, sadəcə dəniz, günəş və dalğalarla bağlı emojilər əlavə edib.