Hacıqabulda avtomobil aşıb.
1991-ci il təvəllüdlü Mənəfov Şahid Müşfiq oğlu idarə etdiyi "Opel Astra" minik markalı avtomobilli Padar Qışlaq kəndi ərazisində aşırıb.
Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan sərnişin 1999-cu il təvəllüdlü Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır. (Report.az)