“Hababam Sınıfı”nın Semra hocası illər sonra belə göründü

“Hababam Sınıfı”nın Semra hocası illər sonra belə göründü
12 İyn 2025 13:02

"Hababam Sınıfı" filmində "Semra hoca" rolu ilə tanınan Semra Özdamarın son görüntüsü pərəstişkarlarını kədərləndirib.

News365.az "Haberler.com"a istinadən xəbər verir ki, 68 yaşlı aktrisanın illər ərzindəki dəyişimi diqqət çəkib və izləyicilər onu tanımaqda çətinlik çəkib.

Qeyd edək ki, Kemal Sunal, Tarık Akan, Münir Özkul, Adilə Naşit və Halit Akçatepe kimi sənət ustaları ilə eyni heyətdə yer alan Özdamar "Hababam Sınıfı" filmində tələbələr tərəfindən bezdirilən, ciddi və intizamlı müəllim obrazı ilə yaddaşlara həkk olunub.

Məlumata görə, "Hababam Sınıfı" filmində rol aldıqdan cəmi üç il sonra kinodan tamamilə uzaqlaşan Özdamar yazıçılıqla məşğul olmağa başlayıb. Hazırda Almaniyada yaşayan aktrisa rejissor Süha Arınla evlidir.


Sizin reklam burada
Sizin reklam burada