"Gürcüstan hökuməti demokratik dəyərlərə zidd fəaliyyətini davam etdirsə və avtoritar kursunu dəyişməsə, ölkənin Avropa İttifaqına (Aİ) üzvlük perspektivləri sual altına düşəcək".
Bu barədə Avropa Parlamentinin bəyanatında deyilir.
Bəyanatda vurğulanır ki, Aİ üzvlüyü yalnız demokratik prinsiplərə sadiq, hüquq üstünlüyünü təmin edən və vətəndaş cəmiyyətinə açıq olan dövlətlər üçün mümkündür.
Buna baxmayaraq, Avropa Parlamenti Gürcüstan xalqına öz dəstəyini ifadə edib. Sənəddə vurğulanır ki, gürcü cəmiyyətinin əksəriyyəti Aİ-yə inteqrasiyanı dəstəkləyir və demokratiya uğrunda mübarizə aparır. Avropa Parlamenti bu mübarizədə xalqın tərəfində olduğunu və demokratik institutların gücləndirilməsi istiqamətində atılan istənilən addımı dəstəkləyəcəyini bəyan edib.