Göygöldə yanğın hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakininə məxsus "VAZ 2106" markalı minik maşınında yanğın olub.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb, minik maşını yanğınsöndürən tərəfindən mühafizə edilib. Avtmobillin yanması zamanı xəsarət alan olmayıb.Yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.