Göyçayda ağır qəza - Ölən və yaralananlar var

Göyçayda ağır qəza - Ölən və yaralananlar var
15:22

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Qarayazı kəndi ərazisindən keçən 199-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, 3 minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb. Xəsarət alan şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Sizin reklam burada
Sizin reklam burada