Özünü "zaman səyahətçisi" adlandıran görücü Elvis Tompson bu il dəhşətli hadisələrin baş verəcəyini deməklə insanları qorxu və şoka salıb. NDTV-nin yaydığı məlumata görə, onun 2025-ci ilə dair proqnozları sosial mediada geniş müzakirələrə səbəb olub.
Elvis Tompson sosial şəbəkədə 2025-ci il üçün proqnozları əks etdirən video yayıb.
"Onun özündə təbii fəlakətlər, Amerikada vətəndaş müharibəsi və yadplanetlilərlə əlaqəyə dair proqnozları ehtiva edən iddiaları internetdə qəzəbli reaksiyaya səbəb olub. Tomsonun proqnozuna görə, aprelin 6-da 15 mil genişlikdə və sürəti 1046 km/saata çatan dağıdıcı tornado Oklahomanı vuracaq. O, həmçinin mayın 27-də Texasın ölkədən ayrılmasına işarə vurub. Bundan başqa "zaman səyahətçisi" nüvə silahlarından istifadə ilə qlobal münaqişə, ikinci Amerika vətəndaş müharibəsi barədə xəbərdarlıq da edib", - nəşr yazıb.
Tural