Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvanın Şenqavit rayon administrasiyasında xüsusi əməliyyat keçirib.
Təxminən 1,5 saat əməliyyat aparan MTX əməkdaşları iki məmuru şöbəyə aparıblar. Jurnalist Qaqik Şamşyanın sözlərinə görə, sonuncular rüşvət tələb etməkdə və almaqda şübhəli bilinirlər.
Axtarış-əməliyyat tədbiri zananı binada Şenqavit inzibati dairəsinin rəhbəri Razmik Mkrtçyan da olub.