“Yaşıl Market”dən alınan tort xarab çıxdı- FOTOLAR

“Yaşıl Market”dən alınan tort xarab çıxdı- FOTOLAR
19 Apr 2025 19:30

Füzuli rayonunda fəaliyyət göstərən “Yaşıl Market”dən alınan şirniyyat məhsulu ilə bağlı narazılıq yaşanıb. Sakinlərin bildirdiyinə görə, marketdən alınan tort istifadəyə yararsız vəziyyətdə olub.

News365.az xəbər verir ki, alıcılar məhsulun dadında və görünüşündə fərqli anormallıqlar olduğunu qeyd ediblər. Onların sözlərinə görə, tortun üzərində kif izləri müşahidə edilib və məhsulun istifadə müddətinin keçib-keçmədiyi ilə bağlı da şübhələr yaranıb.

Hazırda hadisə ilə bağlı yerli müvafiq qurumlara məlumat verildiyi bildirilir. İstehlakçılar isə satışa çıxarılan qida məhsullarına nəzarətin artırılmasını tələb edirlər.

Market rəhbərliyi məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.

Vəfa Vəliyeva, News365.az


Sizin reklam burada
Sizin reklam burada