Ermənistanın paytaxtı Yerevanda silahlı qarşıdurma zamanı yeniyetmə öldürülüb.
Nəşrin məlumatına görə, hadisə ötən gün axşam saatlarında paytaxtın Kanaker rayonunda baş verib. Hadisə zamanı zərərçəkənlərdən biri tibb Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib. Daha iki yaralı müxtəlif xəsarətlərlə başqa klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə şübhəli bilinən iki şəxsi müəyyən edərək saxlayıblar.