Türkiyədə 4,1 bal gücündə zəlzələ oldu

Türkiyədə 4,1 bal gücündə zəlzələ oldu
14:14

20 aprel 2025-ci il tarixində, saat 11:32-də Türkiyədə Egey dənizində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin episentri dənizin 7 kilometr dərinliyində yerləşib.

Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.

AFAD və digər aidiyyəti qurumlar vəziyyəti yaxından izləyir və əlavə məlumat olduqda ictimaiyyətə təqdim ediləcək.


Sizin reklam burada
Sizin reklam burada