Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Dağ Kəsəmən kəndində hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə maşın yol kənarındakı daşa çırpılıb.
Qəza zamanı 1948-ci il təvəllüdlü O.Quşçuyev, 2004-cü il təvəllüdlü S.Quşçuyeva və 2020-ci il təvəllüdlü M.Quşçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.