Goranboyda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.
News365.az-ın məlumatına görə, hadisə rayonun Zeyvə kənd yolunda qeydə alınıb.
"VAZ-2107" və "Pikap" tipli avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.
Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.