Türkiyəyə məxsus F-16 qırıcıları Əl-Şəbab terror təşkilatına məxsus sığınacaqları, silah anbarlarını və gizlənmə məntəqələrini vurub.
News365.az xəbər verir ki, bu barədə Somali Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində təxminən 35 terrorçu məhv edilib, 20-dən çox silahlı isə ağır yaralanıb.
Əməliyyatın Somali Milli Ordusu ilə Türkiyə Silahlı Qüvvələrinin koordinasiyası çərçivəsində həyata keçirildiyi qeyd olunub.