Sabah bu rayonlarda qaz verilişində fasilə olacaq

Sabah bu rayonlarda qaz verilişində fasilə olacaq
30 İyn 2026 23:40

Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 1-i saat 10:00-dan işlər başa çatanadək Bakının Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

“Azəriqaz”dan News365.az-a verilən məlumata görə, fasilə Nizami rayonunun Keşlə qəsəbəsini, Sabunçu rayonunun isə Maştağa qəsəbəsini, Yeni Sahə, Subtropik Sovxoz, Konserv Zavodu və Daş Karxanası yaşayış massivlərini əhatə edəcək.


Sizin reklam burada
Sizin reklam burada