Son dövrlər
gənc oğlan və qızlar bir-birlərinə qarşı çox aqressiv olur, yerli-yersiz bir
birlərini ittiham edirlər.
Bəs bunun səbəbi
nədir?
Suala sosioloq Sədaqət Əliyeva aydınlıq gətirib. News365.az-a açıqlamasında
o deyib ki, gənc oğlan və qızların aqressiv olmasının müxtəlif səbəbləri var:
“Sosial həyatda
bir çox hallarda gənclərin bir - birinə qarşı münasibətdə kobud davranışlarını
müşahidə edirik. Bunun konkret olaraq psixoloji problem olduğunu düşünmürəm.
Bu, əsasən sosial problemlərdən qaynaqlanır. Oğlanların bəzilərinin kriminal həyat
tərzinin təbliğinə uymasının burada rolu var. Əsasən meyxana üsulundakı bəzi
kriminal həyatı tərənnüm edən mahnılar, müxtəlif elementlər hətta orta məktəb
şagirdi olan oğlan uşaqlarını özünə çəkir. Bu, boşluqdan yaranır. Maddi
imkanlar idmana, musiqiyə, digər müsbət məşğuliyyətə imkan vermədikdə belə
nüanslar ortaya çıxır. Valideynlərin davranışı, yaşamı da burada rol oynayır.
Ola bilsin maddi çətinliklər, sosial problemlər valideynlərin özünü də
aqressivləşdirir və bu hal ailədə gənclərə də sirayət edir. Həyat rejiminin
pozulması, vaxtında işə, dərsə getməmək, vaxtında normal qidalanmamaq burada
rol alır. Ən əsası isə telefon vasitəsi ilə müxtəlif sosial şəbəkələrdən
istifadədir”.
Müsahibimiz
hesab edir ki, uşaq vaxtı bəzi zərərli oyunların istifadəsi gənclərin həyatında
aqressiv rol oynayır:
“Orta məktəblərdə
tədrisin, təhsilin zəif olmasının da təsiri var. Birinci məktəb ailədirsə
ikindi məktəb orta təhsil müəssisəsidir. Məktəbin psixoloqunun, tərbiyəçisinin
fəaliyyəti qənaətbəxş olmalıdır. Şahidlər, tələbələr arasında təhsillə bərabər
normal sisial münasibətlərin olması da əsas şərtdir. Bu cür sosial problemlər
sonda psixoloji problemlərə də gətirib çıxara bilər. Ona görə həm valideynlər həm
də müəllimlər gənclərin bir - biri ilə münasibətlərin inkişaf etdirilməsində
doğru tərbiyə verməlidirlər”.
News365.az