18-29 yaş arasında olan Ukrayna vətəndaşlarının 30%-dən çoxu sərhədlərin açılacağı təqdirdə ölkədən mühacirət etməyə hazırdır.
News365.az xəbər verir ki, bu barədə Demokratik Təşəbbüslər Fondu məlumat yayıb.
“Kişilər arasında mühacirət etmək istəyənlərin nisbəti 25%, qadınlar arasında isə 17% təşkil edir. Çox vaxt ölkədən uzaqlaşmaq arzusunu 18-29 yaş arasında olan gənclər ifadə edirlər - 33%”, - nəşr yazıb.
Sosioloji sorğunun nəticələrinə görə, sakinlərin 21%-i Ukraynadan mühacirət etmək istəyir, 70%-i daimi yaşamaq üçün başqa ölkələrə köçməyi planlaşdırmır. 9% isə suallara cavab verə bilməyib.
Tural