Gədəbəydə sərxoş kişi yıxılaraq öldü

Gədəbəydə sərxoş kişi yıxılaraq öldü
21 Mar 2025 10:20

Gədəbəydə bədbəxt hadisə baş verib.

News365.az xəbər verir ki, martın 19-u saat 18 radələrində Gədəbəy rayon Moruqlu kəndinin ərazisində kənd sakini 1977-ci il təvəllüdlü Ə.Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən havanın yağışlı, və torpaq səthinin sürüşkən olması səbəbindən yıxılaraq yarğana düşüb və orada ölüb.

Ə.Əsgərovun meyiti martın 20-si tapılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.



Sizin reklam burada
Sizin reklam burada