Avqustun 3-də saat 18:00 radələrində Gədəbəy rayonunun Şahdağ kəndinin dağlıq ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Məmmədovun idarə etdiyi “KİA” markalı avtomobil dərəyə aşıb.
Nəticədə sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.
Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Gədəbəydə yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub.
“KİA” markalı avtomobilin dərəyə aşması nəticəsində 1973-cü il təvəllüdlü Asəf Tapdıqov və 1991-ci il təvəllüdlü Azadə Məmmədova hadisə yerində aldıqları xəsarətdən dünyasını dəyişiblər.
Ağır yol-nəqliyyat hadisəsi zamanı 1990-ci il təvəllüdlü Vüsal Məmmədov, 2021-ci il təvəllüdlü R.M və 2020-ci il təvəllüdlü A.M müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Gədəbəydə avtomobil aşıb, ölənlər və yaralananlar var.
Hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.
Avtomobilin aşması nəticəsində 2 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.