Fransız döyüşçülərdən ibarət bölmə vuruldu

Fransız döyüşçülərdən ibarət bölmə vuruldu
04 İyn 2025 12:20

Rusiya mediası döyüşlərlə bağlı diqqət çəkən məlumat yayıb. Qeyd edilib ki, çərşənbə günü, iyunun 4-nə keçən gecə Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Odessa vilayətindəki obyektlərinə zərbələr endirib. Əməliyyat zamanı xüsusən də fransız muzdluları olan bölmə vurulub.

Qeyd edilib ki, Fransadan muzdlular Odessa vilayətinə gəliblər və onlar Ukraynanın qarışıq hərbi birləşmələri arasında bölüşdürülür.

Məlumata görə onların yolu əsasən Poltava bölgəsindən keçir. Burada poliqonlarda döyüş koordinasiyası aparılır: "Orada əcnəbilər texnika qəbul edərək birbaşa təmas xəttinə keçirlər. Beləliklə, bir neçə bölmədən biri əraziyə gəlibmiş. Bölmə 50 nəfərə qədər muzdludan insandan ibarət olub".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada