Fransada parlament seçkilərinin ikinci turu

Fransada parlament seçkilərinin ikinci turu
07 İyl 2024 09:23

Bazar günü Fransa parlamentinin aşağı palatasına seçkilərin ikinci turu keçiriləcək.

News365.az "İnterfaks"a istinadən xəbər verir ki, seçki məntəqələrinin əksəriyyəti yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) açılacaq və iş saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başa çatacaq.

Bəzi şəhər və departamentlərdə məntəqələrin cədvəli fərqli ola bilər. Xüsusilə böyük şəhərlərdə, o cümlədən Parisdə fransalılar saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) səs verə biləcəklər.

Qeyd olunur ki, seçkilərin ilk nəticələrinin yerli vaxtla saat 20:00-dan sonra açıqlanacağı gözlənilir.


Youtube kanalımız

Oxşar xəbərlər