Formula 1-də sıralama turu: ilk sessiyanın qalibləri

Formula 1-də sıralama turu: ilk sessiyanın qalibləri
17:15

Bakıda təşkil olunan Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində sıralama turunun ilk sessiyası başa çatıb.

News365.az xəbər verir ki, “McLaren” komandasının britaniyalı pilotu Lando Norris ən yaxşı nəticəni göstərib.

“Red Bull Racing”in niderlandlı üzvü Maks Ferstappen ikinci, “Ferrari”dən monakolu Şarl Lekler üçüncü olub.

Franko Kolapinto (“Alpine”), Niko Hyolkenberq (“Kick Sauber”), Esteban Okon (“Haas”), Pyer Qasli (“Alpine”) və Aleksander Albon (“Williams”) ikinci sessiyada yarışmayacaqlar. Onlar müvafiq olaraq 16, 17, 18, 19 və 20-ci yerləri tutublar.

Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə “Ferrari”nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə “McLaren”dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

***

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi yarışında sıralama turu başlayıb.

News365.az xəbər verir ki, yarışda 10 komanda və 20 sürücü iştirak edir.

Sıralama turu nəticəsində sürücülərin sabah keçiriləcək əsas yarışdakı mövqeləri müəyyənləşəcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.


Sizin reklam burada
Sizin reklam burada