Fazil Mustafadan İlyas Hüseynov haqqında paylaşım: "Yaşadığımız dünyada bir-birimizi dərindən tanıdıq"

Fazil Mustafadan İlyas Hüseynov haqqında paylaşım: "Yaşadığımız dünyada bir-birimizi dərindən tanıdıq"
17 Fev 2025 17:03

Milli Məclisin deputatı Fazil Mustafa bu gün dünyasını dəyişən İlhas Hüseynov haqqında paylaşım edib.

News365.az paylaşımı təqdim edir:

"Allah rəhmət etsin İlyas müəllim!

Elçibəy hakimiyyətində bir sferada çalışdığımız, Milli Məclisdə eyni sırada əyləşdiyimiz, partiya qərargahlarımız, bağ evlərimiz qonşu olan, birlikdə gözəl müzakirələr apardığımız, dəfələrlə şahmat oynadığımız ailəvi dostluğumuz olan dəyərli şəxsiyyət! Ötən ay xəstəxanada ziyarət edəndə əllərini sıxdım, ucadan çağırdım, artıq eşidəcək, tanıyacaq durumda deyildi. Və bir şey təsəllim oldu ki, yaşadığımız dünyada biz bir-birimizi dərindən tanıdıq, eşitdik və dəyərləndirdik. Xatirən yaşadıqca əziz qalacaq, ruhun şad olsun əziz insan!"


Sizin reklam burada
Sizin reklam burada