“Əsrin müqaviləsi” regionun geosiyasi mənzərəsini dəyişdi“- Prezident:

“Əsrin müqaviləsi” regionun geosiyasi mənzərəsini dəyişdi“- Prezident:
02 İyn 2025 10:13

Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, “Əsrin müqaviləsi” adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi.

News365.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında deyib.

“Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi”, - deyə dövlət başçısı əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada