Rusiya ordusunun hərbçiləri tərəfindən əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbçisi Oleq Pasinok diqqət çəkən açıqlamalar verib. O, Ren tv-yə açıqlamasında özünün və digər silahlıların Ukrayna Silahlı Qüvvələri komandanlığı tərəfindən Sudjada necə tərk edilməsindən danışıb. Bundan əvvəl isə onlara yaralıları tərk etmək barədə əmri verilibmiş.
Qeyd edilib ki, döyüşçü astma xəstəliyinə görə hərbi xidmətə yararsız olub. Amma hərbi çağırış xidməti buna əhəmiyyət verməyib. Beləliklə, o, əvvəlcə təlimlərdə iştirak edib, sonra isə Kursk bölgəsində döyüşlərə qatılıb.
"Bizi Sudjaya gətirdilər. Bizi mövqelərə böləcəklərini dedilər. Sonda məni Vanya dayı ilə birlikdə apardılar. Vanya dayı komandirin qohumu olan bir döyüşçünün çağırış nişanıdır. O, heç bir iş görmürdü, biz isə mövqelər qazırdıq", - ukraynalı döyüşçü deyib.
Onun sözlərinə görə, sonra rus pilotsuz təyyarələri hücuma başlayan zaman kvadroçiklə minib ilk qaçan məhz "Vanya dayı" olub. Oleq və digər yaraqlılar isə yaralılarla birgə ərazidə qalıb. Heç kim onları ərazidən çıxarmaq fikrində deyilmiş.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural