"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı

"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı
23 May 2025 18:18

Yeni doğulan uşağın ölümü ilə bağlı açılan cinayət işi üzrə Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən "Medilandia Hospital"da aparılan araşdırma zamanı ciddi nöqsanlar müəyyən edilib.

Mətbuatda yayılan məlumata görəhüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən aparılan yoxlamalar zamanı bəzi işçilərin əmək müqaviləsi qüvvəyə minmədən müxtəlif işlərə və xidmətlərə cəlb edilməsi faktı aşkar edilib.

Məlum olub ki, klinikada 15 oktyabr 2024-cü ildən 3 fevral 2025-ci ilədək tibb bacısı vəzifəsində çalışan A.S. ilə ümumiyyətlə əmək müqaviləsi bağlanmayıb.

Aşkarlanmış qanun pozuntuları ilə əlaqədar olaraq klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə "Medilandia Hospital" rəhbərliyi  sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 000 manat məbləğində cərimələnib.


Sizin reklam burada
Sizin reklam burada