Ermənistanın Avropa yönümlü siyasəti Moskva ilə gərginliyə səbəb ola bilər

Ermənistanın Avropa yönümlü siyasəti Moskva ilə gərginliyə səbəb ola bilər
15:37

Ermənistanın xarici siyasətindəki son dəyişikliklər regionda diqqət mərkəzindədir. Ölkə rəhbərliyi Avropa ilə inteqrasiyaya meyllənir və daha müstəqil, çoxşaxəli xarici siyasət modeli qurmağa çalışır. Bu meyl, xüsusilə Rusiya ilə olan münasibətlərdə gələcəkdə ciddi gərginliklərin yaranacağına işarə edir. Politoloqlar hesab edirlər ki, İrəvanın Avropa yönümlü siyasəti həm daxili, həm də xarici səviyyədə təzyiqlərə səbəb ola bilər və bu, regiondakı balansın dəyişməsinə təsir göstərə bilər.

Politoloq Aydın Quliyev News365.az-a açıqlamasında bildirib ki, Ermənistan Avropa ilə inteqrasiyaya və daha müstəqil xarici siyasət modelinə keçmək niyyətindədir.


Onun sözlərinə görə, bu meyl regionda, xüsusilə Rusiya ilə münasibətlərdə gələcəkdə ciddi gərginliklərin yaranmasına səbəb ola bilər.

“Azərbaycanın təcrübəsindən görünür ki, Avropa yönümlü siyasət uğur gətirə bilər. Ermənistan isə hələ də Rusiya və KTMT ilə əlaqələri qoruyur, amma Avropa yönümlü siyasət aparmağa meyillidir. Bu, Moskva ilə İrəvan arasında gələcəkdə ziddiyyətlərin əsas səbəbi ola bilər”, – Quliyev deyib.

Politoloq vurğulayıb ki, Ermənistanın bu siyasəti həm də KTMT-nin maraqlarına cavab vermir və açıq şəkildə göstərir ki, İrəvan bu quruma tam etibar etmir. Quliyev hesab edir ki, hazırda Rusiya İrəvanın addımlarına təmkinlə yanaşır, amma əlverişli məqam yarandığı zaman daha kəskin reaksiyalar gözlənilə bilər.

Eyni zamanda, Aydın Quliyev qeyd edib ki, Paşinyan hakimiyyəti daxilində də təzyiqlərlə üzləşir. “Ermənistanda indiyə qədər müharibə aparan partiyalar döyüş meydanında məğlub oldu. Bu partiyalar Kötəryan və Sarkisyan kimi şəxsləri təmsil edirdi, Azərbaycanla bağlı ambisiyalı planları həyata keçirən qüvvələr idi”, – deyə o əlavə edib.

Politoloq hesab edir ki, İrəvanın Avropa yönümlü siyasəti həm xarici, həm də daxili müstəvidə diqqətlə izlənilməlidir, çünki gələcəkdə regionda balans dəyişikliklərinə səbəb ola bilər.


Sizin reklam burada
Sizin reklam burada