Ermənistanın Armavir vilayətinin Nalbəndyan kəndində
silahlı insident olub.
News365.az
axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili
İşlər Nazirliyi məlumat yayıb.
Məlumata
görə, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə
məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına
gəliblər və o, avtomat silahdan onlara atəş açıb. Nəticədə iki polis əməkdaşı
yaralanıb. Yaralılardan biri xəstəxanada ölüb.