Ermənistanda Konstitusiya dəyişəcəkmi?

Ermənistanda Konstitusiya dəyişəcəkmi?
09:55

Erəmistanda hakim Vətəndaş Müqaviləsi Partiyası yeni Konstitusiya layihəsi ilə bağlı prosesi parlament seçkilərindən sonraya saxlamağı planlaşdırır. Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

News365.az-ın məlumatına görə, hakimiyyət referendum məsələsində yekun qərarı seçkilərin nəticələrindən sonra verəcək. Bildirilir ki, Konstitusiya layihəsinin ümumxalq səsverməsinə çıxarılması üçün ya parlamentdə konstitusion çoxluq, ya da mümkün koalisiya tərəfdaşlarının dəstəyi tələb olunur.

Nəşr qeyd edir ki, 7 iyunda keçiriləcək parlament seçkilərində hakim partiya kifayət qədər üstünlük qazana bilməsə, yeni Konstitusiya ilə bağlı referendum məsələsi ikinci plana keçə bilər.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci ilin martında ölkədə yeni Konstitusiyanın qəbulu məqsədilə 2027-ci ildə referendum keçirilməsinin nəzərdə tutulduğunu açıqlamışdı. O, daha sonra parlamentdə çıxışı zamanı yeni əsas qanunda Müstəqillik Bəyannaməsinə istinadın yer almamalı olduğunu da bildirmişdi.

Azərbaycan tərəfi isə uzun müddətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yaradan müddəaların aradan qaldırılmasını tələb edir. Rəsmi Bakı hesab edir ki, mövcud sənəddə keçmiş “Dağlıq Qarabağ”la bağlı iddiaların saxlanılması gələcəkdə regionda yenidən gərginlik riskini artırır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada