Ermənistanda 4 ballıq zəlzələ

Ermənistanda 4 ballıq zəlzələ
20 May 2025 11:33

Ermənistan və Gürcüstan sərhəddində zəlzələ baş verib. 

News365.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 20-də yerli vaxtla saat 10:11-də (GMT 06:11) Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi Ermənistan və Gürcüstanın sərhəd zonasında, Bavra şəhərindən 8 km cənub-şərqdə, 2,9 bal gücündə zəlzələ qeydə alıb. 

Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, episentrdə zəlzələnin gücü 4 bal olub. 

Zəlzələ Şirak rayonunun Bavra, Saraqyux və Aşotsk kəndlərində 2-3 bal gücündə hiss olunub.


Sizin reklam burada
Sizin reklam burada