"Ermənistan və Rusiya münasibətləri mürəkkəb, lakin dinamikdir"
Politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında bildirib ki, Ermənistan və Rusiya münasibətləri mürəkkəb və dinamik xarakter daşıyır. Onun sözlərinə görə, iki ölkə əməkdaşlığın müxtəlif istiqamətlərində – əmək, ticarət, xarici siyasət, logistika və digər sahələrdə münasibətlər formalaşdırır.
Qasımov qeyd edib ki, son dövrlərdə Ermənistan Rusiyayla münasibətlərdə daha çox pragmatik addımlar atmağa çalışır. Xarici siyasət sahəsində əlaqələr gücləndirilir, Avropa İttifaqına üzvlüklə bağlı parlamentdə müzakirələr aparılır və əməkdaşlıq intensivləşdirilir.
Politoloq əlavə edib ki, bu ilin əvvəlində Ermənistan ABŞ ilə tərəfdaşlıq memorandumuna imza atıb və Rusiyanın təsirində olan bəzi sahələrdə fəaliyyətlərini məhdudlaşdırıb. Eyni zamanda, İran və Ermənistanın sərhədində, həmçinin Svartos hava limanında Rusiya hərbçiləri çağırılıb.
Oqtay Qasımov vurğulayıb ki, bu fonada Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi rekord səviyyəyə çatıb.