Ermənistan ehtiyatda olan hərbçiləri təlimə ÇAĞIRDI

Ermənistan ehtiyatda olan hərbçiləri təlimə ÇAĞIRDI
09 Yan 2025 13:50

Ermənistanda 2025-ci il fevralın 4-dən aprelin 18-dək ehtiyatda olan hərbçilərin təlimləri keçiriləcək.

News365.az xəbər verir ki, müvafiq qərar yanvarın 9-da Ermənistan hökumətinin iclasında qəbul edilib.

Hazırda təlim toplanışının məqsədləri, iştirak edəcək ehtiyatda olan hərbçilərin tərkibi, ümumi sayı, ixtisaslar müəyyənləşdirilir.

Elan edilmiş təlim toplanışlarına hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb ediləcək.


Youtube kanalımız