Ermənilər parlamentin qarşısına toplandılar: Konstitusiya böhranına çağırışlar edilir - VİDEO

Ermənilər parlamentin qarşısına toplandılar:  Konstitusiya böhranına çağırışlar edilir - VİDEO
26 Apr 2024 14:43

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Ölkənin dörd bir yanında etiraz aksiyaları keçirilir, radikallar Azərbycan kəndlərinin geri qaytarılmasına qarşı çıxırlar.

Hazırda "Ümumerməni Cəbhəsi" Partiyası öz tərəfdarlarını Milli Assambleyanın binası qarşısına toplayıb. Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Onlar həmçinin parlamentdə təmsil olunan müxalifətçilərin də istefaya getməsini və konstitusiya böhranı yaratmasını tələb edirlər.

Qeyd edək ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər