Erməni spiker: “Dirəyə görə sevinirəm“

Erməni spiker:  “Dirəyə görə sevinirəm“
25 Apr 2024 15:28

Ermənistan parlamentinin spikeri Alen Simonyan son günlər sosial şəbəkələrdə gündəmə çevrilmiş sərhəd dirəklərindən danışıb. 

News365.az xəbər verir ki, o jurnalistlərlə söhbətində Azərbaycanla əldə olunan razılaşmanı təqdir edib: "Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur. Düzünü desəm, mən şadam ki, biz sərhəd dirəyini quraşdırmışıq. Axı sərhəd təkcə Ermənistan üçün deyil, Azərbaycan tərəfi üçün də müəyyən edilib”.

Simonyan həmçinin iddia edib ki, tərəflər sərhəddə irəlilədiyi ərazidən geri çəkiləcəklər:“Heç kim Ermənistana aid heç bir ərazini təslim etmir. Bir sözlə dirəyin quraşdırılması o deməkdir ki, Azərbaycan həmin sütundan o tərəfdə Ermənistanın olmasını qəbul edir”.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər