ABŞ niyə məşhur PUA-sını döyüşlərə göndərməkdən qorxur?

ABŞ niyə məşhur PUA-sını döyüşlərə göndərməkdən qorxur?
04 May 2024 13:00

Ukraynanın Amerikanın MQ-9 Reaper kəşfiyyat pilotsuz təyyarələrinə marağ göstərir. Kiyev onları döyüş meydanında görmək istəyir.

Bu barədə "Politico" öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, son aylarda ABŞ-dan istənilən PUA-larla bağlı siyahıda sözügedən pilotsuz təyyar birinci sırada göstərilir. Amma Vaşinqton Rusiya hərbçilərinin bu pilotsuz təyyarələri vura biləcəyindən qorxur. Belə olan halda, həm ələ keçən MQ-9 Reaper-in texniki sirləri üzə çıxar, həm də ümumilikdə müasir bahalı PUA-nın asan vurulması səbəbindən nüfuzu da aşağı düşər.

Məqalədə o da vurğulanıb ki, MQ-9 Reaper-a olan tələbat Ukraynanın yay ayı üçün hərbi planları ilə bağlıdır. Ukrayna ordusu cəbhə xəttinin dərinliklərində Rusiya hədəflərini müəyyən etmək üçün yeni yollar axtarır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər