Erməni məmurların ictimai fəalı döyməsi geniş narazılıq yaratdı

Erməni məmurların ictimai fəalı döyməsi geniş narazılıq yaratdı
12:13

Xəbər verdiyimiz kimi Ermənistanda növbəti dəfə qalmaqallı dava düşüb. Bu dəfə İrəvan rəhbərlərinə qarşı sərt tənqidləri ilə ad çıxramış ictimai fəal Artur Çaxoyan məmurlar tərəfindən döyülüb. 


İnsidentin videosu yerli mediada gündəmə çevrilib, cəmiyyətdə geniş narazılığa səbəb olub. İrəvan Şəhər Şurasının keçmiş üzvü Qriqor Yeritsyan məsələy reaksiya verərək ölkə rəhbərliyini sərt şəkildə tənqid edib. O qeyd edib ki, məmurların bu cür davranışı həyasızlıq və qanunaziddir. O, Ermənistanı Avropa İttifaqına(Aİ)-sivil dünyaya daşıyan ölkə rəhbərliyini qınayıb: "Digər cinayətkar ünsür Avinyan da bu davranışa haqq qazandırıb.  Məgər siz hamınız insansınızmı? İnsan olsaydınız bu hadisədən utanardınız. Nikol Paşinyan, bu, sizin kriminal mədəniyyətə və zorakılığa qarşı mübarizənizin nəticəsidirmi? Əvvəlcə mübarizənizi özünüzdən, daxildən başlamalısınız".


Tural


Sizin reklam burada
Sizin reklam burada