Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət gərginləşib. Hökumət genişmiqyaslı təqib və axtarışlara başlayıb. Səhər saatlarından başlayaraq inqilab arzusunda olan erməni keşiş Baqrat Srbazanın "Müqəddəs mübarizə" hərəkatına qarşı əməliyyatlar keçirilir. Keşişin iqamətgahına qara maskalılar basqın ediblər. Bundan başqa, deputat, müharibədə öldürülmüş erməni "qəhrəman"ın atasının evində də axtarışlar aparılır.
Erməni Milli Birlik Partiyası da bəyanat yayaraq təzyiqlərə məruz qaldıqlarını iddia ediblər. Bəyanatda deyilir: “Ermənistanın hazırkı administrasiyası növbəti dəfə Ermənistan Milli Birlik Partiyasına qarşı qanunsuz hərəkətlərə əl atıb. Hazırda heç bir qanuni əsas olmadan Ermənistan Milli Birlik Partiyası üzvlərinin evlərində axtarışlar aparılır.
Baş verənlər indiki rəhbərliyin Ermənistan Milli Birlik Partiyasını qorxutmaq üçün növbəti boş cəhdidir”.
Tural