Paşinyan Baqratın iqamətgahına maskalıları göndərdi - VİDEO

Paşinyan Baqratın iqamətgahına maskalıları göndərdi - VİDEO
10:20

Xəbər verdiyimiz kimi səhər saatlarından başlayaraq inqilab arzusunda olan erməni keşiş Baqrat Srbazanın "Müqəddəs mübarizə" hərəkatına qarşı əməliyyatlara başlanılıb. Hərəkatın Telegram kanalında yayılan məlumatda deyilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları "Müqəddəs mübarizə" tərəfdarlarını təqib etməkdə davam edirlər: "Bu gün səhər tezdən "Müqəddəs mübarizə" tərəfdarlarının evlərində axtarışlara başlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Baqrat Qalstanyanın iqamətgahında da əməliyyat keçirirlər".

Yerli media hərəkatın ofisinin qarşısında canlı yayıma çıxaraq vəziyyətin gərgin olduğunu yazırlar. Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları “Müqəddəs Mübarizə” hərəkatının lideri Baqrat Srbazanın iqamətgahında apardıqları istintaq hərəkətləri hələ də davam edir: "Binanın qarşısında maskalı şəkildə olan Milli Təhlükəsizlik Xidmətinin zabitləri də var. Hüquq-mühafizə orqanlarının əməkdaşları parlamentin deputatlarını Baqrat Srbazanın iqamətgahına buraxmırlar".


Tural


Sizin reklam burada
Sizin reklam burada