Deputatın evində axtarışlara başlanıldı

Deputatın evində axtarışlara başlanıldı
11:10

Xəbər verdiyimiz kimi Ermənistanda siyasi vəziyyət gərginləşib. Hökumət genişmiqyaslı təqib və axtarışlara başlayıb. Səhər saatlarından başlayaraq inqilab arzusunda olan erməni keşiş Baqrat Srbazanın "Müqəddəs mübarizə" hərəkatına qarşı əməliyyatlar keçirilir. Hərəkatın Telegram kanalında yayılan məlumatda deyilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları "Müqəddəs mübarizə" tərəfdarlarını təqib etməkdə davam edirlər: "Bu gün səhər tezdən "Müqəddəs mübarizə" tərəfdarlarının evlərində axtarışlara başlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskop Baqrat Qalstanyanın iqamətgahında da əməliyyat keçirirlər".

Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan müxalifətçi deputatı, daşnak İşxan Saqatelyan isə təqiblərin artıq deputatlara da gəlib çıxdığını bəyan edib. O, özünün “Facebook” sosial şəbəkəsində paylaşım edərək yazıb: “Hazırda “Hayastan” fraksiyasından olan deputat Artur Sarkisyanın evində Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları qanunsuz axtarış aparırlar”.

Tural


Sizin reklam burada
Sizin reklam burada