Erməni deputat aksiyada huşunu itirdi - VİDEO

Erməni deputat aksiyada huşunu itirdi  - VİDEO
25 Apr 2024 15:14

Xəbər verdiyimiz kimi Ermənistanda etiraz aksiyaları keçirilir. Revanşistlərin "Tavuşa dəstək" adı altında təşkil etdikləri aksiya zamanı polislərlə toqquşmalar qeydə alınır. 

Sputnik Armeniyanın yaydığı məlumata görə, bu gün deputatlardan biri qarışıqlıq zamanı huşunu itirib. 

"Ermənistan parlamentinin “Hayastan” müxalifət fraksiyasından olan deputatı Qarnik Danielyan etiraz aksiyası zamanı huşunu itirib. Video deputatın sosial şəbəkəsində yayımlanıb", - nəşr yazıb.

Görüntülərdə yerli sakinlərin Danielyana necə kömək etməsi əks olunub. Çox keçməmiş daha bir vətəndaşın da halı pisləşib.

 

Tural


Youtube kanalımız

Oxşar xəbərlər